Qurban Qurbanov bu transferə "stop" qoyub - "Qarabağ" İcraiyyə Komitəsinin qərarını gözləyir

21:27 - 15 Yanvar 2025

Qış transfer pəncərəsində heyətini gücləndirməyi düşünən "Qarabağ" mərkəz müdafiəçisi gətirmək niyyətindədir. Stoperlərin tez-tez zədələnməsi bu mövqeyə transferi şərtləndirib. 

Qurban Qurbanov "Sumayıt"ın və millimizin müdafiəçisi Elvin Bədəlovu sərəncamında görmək niyyətində olsa da, son anda bu keçidin ertələnməsini istəyib. Sportal.az-ın əldə etdiyi məlumata görə, buna səbəb legioner limitinin ləğvi ilə bağlı gedən müzakirələrdi. 

AFFA İcraiyyə Komitəsi legioner limitini aradan qaldırmalı olsa, Qurban Qurbanov həmin mövqeyə əcnəbi futbolçu gətirmək variantı üzərində işləmək tapşırığı qoyacaq skautların qarşısına. Limit əvvəldən açıqlandığı kimi "8+3" formatında olsa, Elvin Bədəlovun keçidi yaxın günlərdə rəsmiləşəcək. 

Qeyd edək ki, Misli Premyer Liqasında qış transfer pəncərəsi fevralın 10-da bağlanacaq.

Xəbər xətti