Rumıniyanın FKSB klubunun İdarə Heyətinin sədri Mihay Stoyka Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun "Qarabağ"a qarşı Bakıda keçiriləcək oyunu öncəsi mövsümün ikinci yarısının qarşıdan gələn startı ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az “Orangesport”a istinadən xəbər verir ki, Rumıniya klubunun rəsmisi “Qarabağ”la görüşə də toxunub:
"Növbəti rəqibimiz "Hermanştadt"la oyun məni çox maraqlandırır. Şablona nifrət edirəm, amma "Qarabağ"la görüş haqda hələ düşünə bilmirəm. Xüsusilə indi. Hansı ki, Darius Olarunun nə qədər müddətə olmayacağı və bütün oyunçuların hazır olub-olmayacağını bilmirik. İndi ən vacibi çempionatın bərpasıdır. Avrokubok oyunlarına isə sonra baxacağıq".
“Qarabağ” - FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi