"Şamaxı" yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, bölgə klubu tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə "6 ay + 1 illik" müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın "Spartak" (Subotitsa) klubuna məxsus olub.
O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.
saytlarin hazirlanmasi