"Sabah" Qazaxıstan millisinin üzvü ilə danışıq aparır - icarəyə götürülə bilər

11:26 - 17 Yanvar 2025

"Sabah" qolkiper transferinə hazırlaşır.

Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Qazaxıstan millisinin və “Tobol”un qapıçısı Stas Pokatilovu icarəyə götürmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar aparılır. 32 yaşlı qolkiperin icarə müddətinin bu mövsümün sonuna qədər davam edəcəyi gözlənilir.

Təcrübəli qolkiper “Akjayik”, “Şaxtyor”(Karaqanda), “Aktobe”, “Rostov”, “Kayrat” klublarında oynadıqdan sonra 2024-cü il yanvarın 1-də “Tobol”la anlaşmışdı.

Xəbər xətti