"Real"da ciddi itki: 3 həftə oynamayacaq

15:11 - 17 Yanvar 2025

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçunun sol ayağının bud nahiyəsində əzələ zədəsi aşkarlanıb. 22 yaşlı orta xətt oyunçusunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin avqust ayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti