"Atletik"in futbolçusu Ander Herrera karyerasını Argentinada davam etdirəcək.
Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi "Boka Xuniors"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buenos-Ayres təmsilçisi Herrera ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Boka Xuniors" 35 yaşlı futbolçu üçün Bilbao klubuna təzminat ödəməyib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayından "Atletik"də çıxış edirdi. İspaniya millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb. Təcrübəli orta xətt oyunçusu daha əvvəl "Saraqosa", "Mançester Yunayted" və PSJ-nin formasını geyinib.
saytlarin hazirlanmasi