"İnter" Argentinadan yarımmüdafiəçi gətirir

21:53 - 16 Yanvar 2025

İtaliyanın "İnter" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Nyuells Old Boyz"da çıxış edən Tomas Peresin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "İnter" 19 yaşlı ayrımmüdafiəçisi üçün Argentina klubuna 7 milyon avro və bonuslar ödəyəcək.

Qeyd edək ki, Tomas Peres "Nyuells Old Boyz"un yetirməsidir. Argentina U-21 millisinin üzvü bu mövsüm klubunun heyətində keçirdiyi 29 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti