Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi "Ankaragücü" səfərdə "Şanlıurfaspor"un qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 46-cı dəqiqədə meydana daxil olub. Həsən Nəzərov isə sona qədər ehtiyatda qalıb.
Xallarını 30-a yüksəldən "Ankaragücü" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi