Coşqun Diniyev oynadı, komandası səfərdə uduzdu

16:46 - 18 Yanvar 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 20-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Erzurumspor"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu oyunun iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi matçın 78-ci dəqiqəsindəmeydana daxil olub. 20 turdan sonra aktivində 34 xal olan "Bandırmaspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti