Rumıniya klubunun sahibi "Neftçi"dən ayrılan haqda: "Ona şans verməliyik"

17:48 - 19 Yanvar 2025

Rumıniyanın "Sepsi" klubunun sahibi Laslo Dioşeqi "Neftçi"dən ayrılaraq onun komandasına keçən macarıstanlı müdafiəçi Mark Tamaşın geri dönüşünə münasibət bildirib.

Sportal.az "Digi Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin keçmiş üzvü haqda bunları deyib: 

"Bəli, Mark Tamaş qayıtdı. Ona şans verməliyik. O, komandamızdan yaxşı formada ayrılmamışdı. İstənilən futbolçu gərgin vəziyyətlərdə artıq söz danışa bilər. Tamaş yaxşı futbolçudur".

Qeyd edək ki, Tamaş 2023-cü ilin yayında “Sepsi”dən “Neftçi”yə keçmişdi. Daha sonra rumınların onu buraxmaq istəmədiyini öyrənən mərkəz müdafiəçisi Azərbaycan klubuna keçmək niyyətində olduğunu bildirərək qalmaqal yaratmışdı. “Sepsi” isə bu transferdən 150 min avro qazanmışdı. 

Xəbər xətti