"Qalatasaray"ın hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanı klubundan təklif alıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçika millisinin də üzvü olan forvarda “Əl-Şabab” transfer etmək niyyətindədir.
31 yaşlı futbolçunu “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim sərəncamında görmək istəyir.“Qalatasaray” isə ən yaxşı halda yeni transfer reallaşdırarsa, Batşuayini ən yaxşı halda icarəyə verməyə razılaşacaq.
Mişi 2024-cü il iyulun 1-də Türkiyə nəhənginə keçib və onun bu klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi