"Legioner limitinin ləğv olunmasının futbolumuza nə kimi faydası olacaq, onu deyə bilmirəm. Bunun millidə oynayan futbolçulara hansısa problem olacağını düşünmürəm. Xarici klublar da yalnız millinin üzvlərinə maraq göstərəcək. Amma gözləyək də, görək hansı qərar veriləcək. Rəsmiləşməmiş nəsə demək doğru olmazdı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Nadir Nəbiyev deyib. Azərbaycan milli komandasının veteran futbolçusu 2025/2026 sezonunda Premyer Liqamızda legioner limitinin mümkün ləğvinə münasibət bildirib. O, məsələ haqda fikrinə bu cür davam edib:
"Limitin ləğv olunması bəzi insanlara sərf edəcək. Mənim heç bir təklifim yoxdur. Hazırda Premyer Liqada legionerlərə limit var. Baxın, qışa qədər komandalar neçə legioner göndərib, neçəsini göndərmək istəyir? Amma göndərə bilmir. Limitin ləğv olunmasından sonra bu daha da çox olacaq. Nəsə demək çətindir".
Mirbağırağa