“Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Misli Premyer Liqasının 19-cu turunun “Sabah”la oyununu (1:1) şərh edib.
Sportal.az saytına danışan monteneqrolu yarımmüdafiəçi komandasının bərabərə qalması haqda fikirlərini bildirib:
"Bərabər səviyyəli oyun idi. Ancaq fikrimcə “Neftçi” qələbəyə daha yaxın idi. Ən azından keçən ildən daha yaxşı oynadıq. Bu, məni xoşbəxt edir. Təəssüf ki, qalib gələ bilmədik. Ancaq mövsümün bütün ikinci yarısı hələ qarşıdadır. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır və biz bunu sona qədər davam etdirəcəyik".