"Bayer"in futbolçusu ağır zədə aldı: mövsümü erkən başa vurdu

20:22 - 20 Yanvar 2025

Almaniyanın "Bayer" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisinin futbolçusu Marten Terye sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı vinger Bundesliqanın 18-ci turunun Münhenqladbax "Borussiya"sı ilə matçında (3:1) ağır zədə alıb. Sağ ayağının axil vətəri qopan 27 yaşlı oyunçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Bayer" Marten Teryeni mövsümün əvvəlində "Renn"dən transfer edib. Fransa U-21 millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti