Bir neçə il Rumıniyada çıxış edən “Neftçi”nin braziliyalı müdafiəçisi Yuri Matias bu ölkənin mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, “ProSport”a danışan Matias Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda FKSB-nin “Qarabağ”a qarşı keçirəcəyi görüşdəki şanslarını da dəyərləndirib.
- Yuri, "Qarabağ" - FKSB matçında hansı komanda qalib gələcək?
- Düşünürəm ki, bu, FKSB üçün çox çətin matç olacaq. “Qarabağ” öz səviyyəsində oynaya bilsə, FKSB-nin bərabərə qalması da çətin olacaq. Amma Rumıniya klubu avrokuboklarda yaxşı nəticə göstərir. Sürpriz komandadır. Amma onlar üçün burada çox çətin olacaq.
- Azərbaycanda həyat necədir?
- Burada hər şey xoşuma gəlir. Bakı çox gözəl şəhərdir. Heç nə əskik deyil, insanlar sakitdir, özünüzü təhlükəsiz hiss edirsiniz. Hər şey sadəcə mükəmməldir.
- “Qarabağ” Azərbaycan üçün nə deməkdir?
- Bu, son 10 ildə Avropada yaxşı nəticələr əldə edən və digər komandaların Avropada uğur qazanmasına kömək edən klubdur. Ən tarixi və ən böyük klub “Neftçi”dir. Amma son 10 ildə Qarabağ dominantlıq edir.
- Bu komanda necə oynayır?
- Bu, çox kompakt oynayan komandadır. Bir çox futbolçu 5-6 ildir bir yerdə oynayır. Onların 17 ildir eyni məşqçisi var və bütün oyunçular meydanda kimin olmasından asılı olmayaraq nə edəcəyini bilir. Bu, topa sahib olan və çoxlu şanslar yaradan komandadır. Onların yoxdan qol vəziyyətləri yaratmaq bacarığı var.
- Ən təhlükəli oyunçu kimdir?
- Ən təhlükəli oyunçuları getdi, amma komandada yaxşı oyunçular çoxdur. Abdullah Zubir çox yaxşıdır, Julio Romao və Marko Yankoviç də komandada mühüm rol oynayır.
- Ən yaxşı futbolçuları “Flamenqo”ya gedən braziliyalı idi?
- Bəli, Juninyo. O, şübhəsiz ki, çempionatın ən yaxşı futbolçusu idi. Onu saxlamaq mümkün deyildi. Juninyonu “Flamenqo” aldı və klub onun üçün 5 milyon avro əldə etdi. Amma “Qarabağ”ın daim oyunçularla bağlı təklifləri olur. Hətta bəzilərinə 2-3 milyon avroluq təklifləri də geri çevirirlər. Klubun pulu və çox yaxşı strategiyası var.
- “Qarabağ” hansı maaşları təklif edir?
- Rumıniyada heç bir klub belə, “Qarabağ” kimi maaş təklif etmir. Onlar Rumıniyada təklif olunanlardan daha yüksəkdir.
- “Qarabağ” Rumıniyada titul qazana bilərdi?
- Titul ala bilərdi, ya yox, bilmirəm. Amma mütləq bunun üçün sona qədər, 200% mübarizə aparacaqdı. Ötən mövsüm “Qarabağ” 2-ci yerdən 25 xal fərqlə çempionluq qazandı. Bu il onsuz da 11 xallıq üstünlüyü var. Komandanın çox balanslı heyəti var və məşqçi tez-tez rotasiyalar edir.
- “Neftçi”də işlər necə gedir?
- Təəssüf ki, komanda görmək istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın ən sevimli klubudur və nəticə yoxdursa, insanların narazı olmasını başa düşmək olar. Biz vəziyyəti düzəltməyə çalışırıq. İndi “Neftçi” ilə son titulunu qazanan məşqçi gəlib. Adrian Mutudan sonra Monteneqrodan və Ukraynadan bir məşqçimiz var idi.
- Şəxsən sənin işin necədir?
- Şəxsən mən xoşbəxtəm ki, bütün matçlarda start heyətdə yer almışam. Mən yalnız zədə səbəbindən oyunları buraxdım, amma heç vaxt ehtiyat oyunçular skamyasında olmamışam. Hazırda iyun ayına qədər müqaviləm var və artırılması üçün təklif gözləyirəm.
saytlarin hazirlanmasi