"Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Sportal.az "Akşam"a istinadən xəbər verir ki, Türkiyə nəhəngi "Eyüpspor"un futbolçusu Ahmed Kutucunu heyətinə qatmağa yaxındır.
Artıq tərəflər arasında razılıq əldə edilib. İstanbul təmsilçisi Ahmedə görə komandasına 5 milyon avro ödəyəcək. Razılığa görə, "Qalatasaray" Kutucunu başqa kluba satarsa, gəlirn 25 faizini "Eyüpspor"un büdcəsinə köçürəcək. Türkiyə millisinin də üzvü olan Kutucu özü də "Qalatasaray"da oynamağa razılıq verib.
24 yaşlı futbolçu bu mövsüm 20 oyuna çıxıb və 9 qol vurub, 7 asist edib. Onun "Eyüpspor"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Forvard karyerası ərzində "Şalke", "Herakles", "Başakşehir", "Sandhauzen" klubarında oynayıb.
saytlarin hazirlanmasi