Azərbaycanda legioner həyatı yaşamış rumıniyalılardan olan Adrian Neaqa Sportal.az saytına açıqlama verib.
Veteran futbolçu Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB görüşündən gözləntilərini açıqlayıb.
"Styaua” və Rumıniya millisinin keçmiş futbolçusu Bakıda keçiriləcək matçda komandaların şanslarını dəyərləndirib:
"FKSB-nin “Qarabağ” üçün hansı heyəti quracağını bilmirəm. Amma Darius Olarunun olmaması FKSB üçün böyük itkidir. Komandada zədəliləri əvəzləyəcək oyunçular var. Onlar özlərini göstəri ibilsə, FKSB-nin “Qarabağ”la görüşdə qalib gəlmək və ilk “səkkizlik”də yer almaq şansları olacaq. Hər halda, maraqlı matçdır. Necə olacağını görəcəyik".
Qeyd edək ki, “Qarabağ” – FKSB matçı yanvarın 23-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi