"Mançester Siti"nin kapitanı sabah İtaliyada olacaq

22:10 - 22 Yanvar 2025

"Mançester Siti"nin kapitanı Kayl Uolkerin "Milan"a keçidi yekunlaşmaq üzrədir.

Sportal.az xəbər verir ki, İtaliya klubu 34 yaşlı sağ cinah müdafiəçisini mövsümün sonuna kimi icarəyə götürəcək. Bu barədə "relevo" nəşri məlumat yayıb.

Uolker sabah tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyada olacaq. "Milan" yayda 5 milyon avro ödəməklə ingiltərəli futbolçunu birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Kayl Uolker 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində 18 rəsmi oyunda iştirak edib.

Xəbər xətti