"Sabah" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

16:49 - 22 Yanvar 2025

“Sabah” FK yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, futbolçunun ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Bu barədə klubun mətbuat xifməti məlumat yayıb.

Elvin bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb.

Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan Elvin, “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.

Xəbər xətti