FKSB-nin müdafiəçisi Coyskim Dava Avropa Liqası Liqa fazasının 7-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı kamerum Azərbaycan təmsilçisinin matçın favoriti olduğunu bildirib:
"Bakıya ikinci dəfədir gəlirəm. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq. Oyuna düzgün hazırlaşmaq lazımdır. Rəqibimiz hücum futbolu oynayır. Səfərdə oynadığımızı nəzərə alsaq, düşünürəm ki, “Qarabağ” matçın favoritidir”.
Qeyd edək ki, "Qarabağ" - FKSB qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi