"Qarabağ"ın oyununa görə metronun iş vaxtı uzadılıb

19:51 - 23 Yanvar 2025

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniya klubu FCSB ilə keçirəcəyi oyuna görə, yanvarın 23-dən 24-nə keçən gecə metronun iş rejimi 1 saat uzadılıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-dək açıq olacaq.

Qeyd edək ki, sözügedən matç bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də başlayacaq. 

Xəbər xətti