AFFA "Neftçi" və "Sabah"ı 70 manat cərimələdi

16:08 - 23 Yanvar 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);

21.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

Xəbər xətti