"Zirə"nin sabiq müdafiəçisi Nemanya Ancelkoviç özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, serbiyalı futbolçu "Aktobe" ilə anlaşıb.
Halbuki Ancelkoviç "Ximki"dən ayrıldıqdan sonra Azərbaycan klublarından təklif aldığını və ölkəmizə qayıda biləcəyini iddia edirdi.
27 yaşlı müdafiəçi 2025-ci il dekabrın 31-nə qədər "Aktobe"də oynayacaq.
Nemanya 2021-2023-cü illərdə "Zirə"də çıxış edib.
saytlarin hazirlanmasi