Omar Marmuşu 75 milyon avroya "Mançester Siti"yə satan "Ayntraxt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Almaniya klubu "Marsel"dən Elye Vaini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ayntraxt" 22 yaşlı forvard üçün Fransa klubuna 26+3 milyon avro təzminat ödəyəcək. Fransalı hücumçu ilə 2023-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Marsel" Elye Vaini mövsümün əvvəlində "lans"dan transfer etmişdi. Fransa U-21 millisinin üzvü olan futbolçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi