"Liverpul" bu futbolçu üçün İspaniya klubuna Kyezanı təklif edəcək

20:57 - 24 Yanvar 2025

"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" yaponiyalı vingeri transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

Premyer Liqa nəhəngi 23 yaşlı ön xətt oyunçusu üçün onun klubuna Federiko Kyezanı və məüəyyən məbləğdə pul təklif etməyi planlaşdırır.

Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında "Real"dan transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti