“Qarabağ”dan Braziliyanın “Flamenqo” klubuna transfer olan Juninyo yeni klubunda debüt edib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu “Karioka - Quanabara Kuboku” çərçivəsində “Volta Redonda”ya qarşı matçda meydana çıxıb.
Təcrübəli hücumçu 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub. Matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi