Adı “Qarabağ”la hallanan fransalı seçimini etdi - bu klubla anlaşdı

09:49 - 27 Yanvar 2025

Ötən həftə Polşa mətbuatı “Legiya”nın hücumçusu Migel Allan Alfarelanın karyerasını “Qarabağ”da davam etdirmək imkanının yüksək olduğunu yazmışdı.

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçunun Ağdam klubuna keçidi ən azından bu qış baş tutmayacaq.

Belə ki, fransalı forvard Yunanıstana yollanıb.

“Legiya” onu Superliqada iştirak edən “Athens Kalitea” klubuna yarım mövsümlük icarəyə verib. Qeyd edək ki, fransız hücumçu “Annesi”, “Paris”, “Bastiya” klublarında oynadıqdan sonra ötən il “Legiya”ya keçmişdi.

Xəbər xətti