"Sabah" "Rubin"in yarımmüdafiəçisini icarəyə götürdü

17:23 - 27 Yanvar 2025

Sabah"ın yaxın vaxtlarda yeni legioner transferini açıqlaması gözlənilir.

Sportal.az  xəbər verir ki, “bayquşlar” yarımmüdafiəçi Umarəli Rəhmonəliyevin mövsümün sonuna qədər icarəsi ilə bağlı Kazanın “Rubin” klubu ilə razılığa gəlib.

“Sabah” özbək futbolçunun 200 min avroya birdəfəlik alınması üçün danışıqlar aparsa da, Rusiya klubu bunu qəbul etməyib. Eyni zamanda, Bakı klubu 21 yaşlı yarımmüdafiəçini icarə müddəti bitdikdən sonra 350 min avroya almaq hüququnu özündə saxlayır.

Futbolçu artıq Bakıdadır və "Sabah" üçün tibbi müayinədən keçir.

Rəhmonəliyevin "Rubin"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, Özbəkistanın U-23 millisinin üzvüdür. "Transfermarkt" portalında futbolçunun dəyəri 500 min avrodur.

Xəbər xətti