"Qalatasaray"ın sabiq futbolçusu Omar Elabdellaui karyerası ilə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, sağ cinah müdafiəçisi 33 yaşında peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib.
Norveçli arxa xətt oyunçusu hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Omar Elabdellaui karyerası ərzində "Qalatasaray"dan başqa "Stromsqodset", "Mançester Siti", "Feyenord", "Ayntraxt Braunşveyq", "Olimpiakos", "Hall Siti" və "Budo Qlimt"də çıxış edib. Təcrübəli müdafiəçi Norveç millisinin heyətində 49 oyun keçirib.
saytlarin hazirlanmasi