De Blekere Qurban Qurbanovun etiraz etdiyi epizodlardan danışdı: " "Heç bir qayda pozuntusu olmadığı görünür"

10:58 - 27 Yanvar 2025

Misli Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” (1:2) oyununda yaşanan mübahisəli məqama aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra keçirilmiş mətbuat konfransında hakimlərlə bağlı etiraz etdiyi epizodlardan danışıb: 

"Turan Tovuz"un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top "Turan Tovuz"un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır".

Qeyd edək ki, matçdan sonra mətbuat konfransı zamanı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hakimin bu qərarına etiraz etmişdi. 

Xəbər xətti