"Zirə"nin sabiq forvardı Vladislav Kulaç karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu Ukraynanın “Vorskla” klubu ilə anlaşıb.
O, Premyer Liqa təmsilçisinə mövsümün sonuna qədər kömək edəcək.
Qeyd edək ki, Kulaç “Zirə”dən ayrıldıqdan sonra Ermənistanın “Pünik” klubuna keçmişdi.