“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi "Olimpiakos" Superliqanın 20-ci turunun matçına çıxıb.
Sportal.az xəbər verir ki, Pirey təmsilçisi Yunanıstan derbisində “Panatinaikos"u qəbul edib.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Hazırda "Olimpiakos" 44 xalla liderliyini davam etdirir.
Qeyd edək ki, Avropa Liqasının sonuncu turunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı yanvarın 30-da baş tutacaq və görüşə Bakı vaxtı ilə 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi