"Bakı" və "İnter"dən sonra bunu "Sabah" etdi

10:12 - 27 Yanvar 2025

“Sabah” Azərbaycan çempionatı tarixində bir mövsümdə ilk 20 turun oyunlarının ən azı yarısında heç-heçə edən üçüncü komanda olub.

Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi son olaraq Misli Premyer Liqasının 20-ci turunda “Sumqayıt”la qolsuz bərabərə qalıb.

“Bayquşlar” keçirdiyi 20 matçda 10-cu dəfə “sülh”ə razılaşıb. Mütləq rekord 2012/2013 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur.

“Şamaxı” 2014/2015 mövsümündə “İnter” adı ilə 10 bərabərliyə imza atıb.

Xəbər xətti