Macar qolkiper "Sabah"da?

12:18 - 27 Yanvar 2025

“Sabah” heyətini macar qolkiperlə gücləndirməyə yaxın olub. 

Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Stas Pokatilovdan öncə “Volos”un qolkiperi ilə danışıq aparıb. Söhbət Daniel Kovaçdan gedir.

Belə ki, “Sabah” ona təklif göndərib. Lakin 31 yaşlı qolkiperin Premyer Liqa klubuna keçidi baş tutmayıb.

Kovaçın “Volos”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Zalaeqerseq”, “Ferentsvaroş”, “Soroksar”, “Fehervar” klublarının qapısını qoruyub.
 

Xəbər xətti