Azərbaycan millisinin heyəti açıqlandı

13:34 - 27 Yanvar 2025

Azərbaycanın futzal millisinin Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacağı oyunlara hazırlıq üçün heyəti açıqlanıb.

Sportal.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə 3-ü qapıçı olmaqla 15 futzalçı dəvət edilib.

Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək. Komanda yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək:

Emin Kürdov("Araz-Naxçıvan"), Rövşən Hüseynli "Astana" (Qazaxıstan), Fərid Abbasov ("Baku Fire"), Emil Həsənzadə("Neftçi İK"), Xəzər Ağalızadə("Araz-Naxçıvan"), Tofiq Mikayılov("Baku Fire"), Kənan Manafov("Baku Fire"), Oktay Rüstəmli("Baku Fire"), Nihad İsmayılov("Baku Fire"), Fərid Atakişiyev("Neftçi İK"), Ülvi Əliyev("Araz-Naxçıvan"), Mirzə Əmirov("Neftçi İK") Seymur Məmmədov(Klubsuz), Nurlan Mehdizadə("Baku Fire") Cavad Məmmədov("Baku Fire")

Xəbər xətti