ÇSKA-nın qapıçısı İqor Akinfeyev DÇ-2018-dən sonra həddindən artıq populyarlıq səbəbindən həyatının "cəhənnəm”ə çevrildiyini söyləyib.
Sportal.az xəbər verir ki, “Шоу Воли” verilişində qonaq olan təcrübəli qolkiper ona verilən sualları bu cür cavablandırıb:
- Rusiyada “Müqəddəs Akinfeyin ayağı” adlı abidə var. Ayağınızın əfsanəyə çevrilməsinə münasibətiniz necədir?
- O vaxt bütün bu məsələlərə daha çox qəzəblənirdim. Populyarlığıma nifrət edirəm, çünki sən normal insan kimi yaşaya bilmirsən. 2018-ci ilə qədər özümü yaxşı hiss edirdim - mağazalardan və yanacaqdoldurma məntəqələrindən fərqinə varmadan keçə bilirdim. Amma 2018-ci ildən sonra həyatım cəhənnəmə çevrildi.
İspaniya ilə oyundan sonra dopinq testindən keçmək çox vaxt aparmışdı, ona görə də azarkeşlərin artıq yerləşdirdiyi bütün videolara baxmağa vaxtım oldu. Fikrimcə, bu, peşəkar idmançının həyatında nadir hallarda təkrarlanan bayram növüdür. Mən 2004-cü il Avropa Çempionatı və AVRO 2008-də iştirak etmişəm. Amma and içirəm ki, Rusiyada keçirilən dünya çempionatındakı qədər heç vaxt mənəvi yüksəliş hiss etməmişəm".
Qeyd edək ki, Rusiya ev sahibi olduğu mundialda 1/4 finalda Xorvatiyaya penaltilər seriyasında uduzmuşdu.
saytlarin hazirlanmasi