Bölgə klubu 6 futbolçusu ilə yollarını ayırdı

20:20 - 27 Yanvar 2025

I Liqada mübarizə aparan “Mingəçevir” altı futbolçusu ilə yolları ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisində Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Mingəçevr” hazırda çempionatda 11 turdan sonra 6 xalla sonuncu - 10-cu sıradadır.

Xəbər xətti