Ukrayna millisinin üzvü Azərbaycanla eyni qrupda yer almaqlarından danışdı: "Hər şey yaxşı olacaq"

10:22 - 28 Yanvar 2025

Ukrayna milli komandasının müdafiəçisi və ABŞ-ın “Austin” klubunun üzvü Oleksandr Svatok D qrupunda rəqiblərdən birinin Azərbaycan yığması olduğu 2026-cı il dünya çempionatının seçmə mərhələsinin startı ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, ukraynalı futbolçu uğurlu nəticə qazanmaq istədiklərini bildirib:

“Mən əminəm ki, Ukrayna dünya çempionatına vəsiqə qazanmaq əzmindədir. Ukraynalı azarkeşlər tələb edirlər, daha azını qəbul etməyəcəklər. Çətin qrupdur, amma ümid edirəm ki, hər şey yaxşı olacaq və Ukrayna hazır olacaq. Ancaq bunun asan olacağını gözləməyin. Biz hər oyuna böyük məsuliyyətlə, düzgün münasibətlə yanaşmalıyıq. Sonra hər şey yaxşı olacaq”.

Xəbər xətti