"Qalatasaray"ın futbolçusu zədələndi: 2-3 həftə oynamayacaq

16:35 - 29 Yanvar 2025

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kerem Demirbay sıradan çıxıb. Bu barədə klubun həkimi Yener İnce məlumat verib.

31 yaşlı orta xətt oyunçusu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qalatasaray" Kerem Demirbayı 2023-cü ilin yayında "Bayer"dən transfer edib. Almaniya millisinin sabiq üzbü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti