Mövsümün əvvəlində "Zirə"ni tərk edərək Yunanıstanın "Panserraikos" komandasına keçən Dimitrios Çantakias klubsuz qalıb.
Yunan müdafiəçi yayda Superliqa təmsilçisi ilə bir illik müqaviləyə qol çəksə də, artıq oradan ayrılıb.
Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçuya Azərbaycan Premyer Liqasında yarışan komandalar maraq göstərir.
Çantakiasın "Səbail"ə keçmək ehtimalı da qüvvədədir. "Zirə"nin sabiq üzvü hazırda klublarımızdan olan təklifləri də götür-qoy etməkdədir.
Qeyd edək ki, müdafiəçi “Panetolikos”, “Fokikos”, “Kerkira” və “Çerno More”də oynadıqdan sonra 2020-ci ildə “Zirə”yə keçmiş və 4 il bu komandanın formasını geyinmişdi.
saytlarin hazirlanmasi