Argentina millisinin üzvü "Bayer"də - RƏSMİ

21:21 - 29 Yanvar 2025

Almaniyanın "Bayer" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Aston Villa"dan Emiliano Buendiyanı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı hücumameyilli yarımmüdafiəçi mövsümün ikinci yarısını "Bayer"in heyətində keçirəcək. Almaniya çempionu 20 milyon avro ödəməklə 28 yaşlı ön xətt oyunçusunun transfer hüququna yiələnə bilər.

Qeyd edək ki, "Aton Villa" Emiliano Buendiyanı 2021-ci ilin yayında "Norviç"dən transfer edib. Argentina millisinə də dəvət almış təcrübəli oyunçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti