"Qalatasaray"ı Qətər klubuna dəyişir

14:56 - 29 Yanvar 2025

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş Qətərdə oynayacaq. 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçiyə bu ölkənin "Əd-Duhail" klubundan rəsmi təklif gəlib.

31 yaşlı futbolçu artıq təkliflə razılaşıb. "Əl-Duhail" "Qalatasaray"ı razı salarsa, onunla rəsmi müqavilə imzalanacaq. 

Ziyeş bu mövsüm 11 oyunda 1 asist edib. Onun Türkiyə çempionu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti