"Qəbələ"nin futbolçusu əməliyyat olundu

22:58 - 28 Yanvar 2025

“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub.

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Ələsgərovun əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.

Qeyd edək ki, Ələsgərov cari mövsümdə I Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.

Xəbər xətti