"Fənərbaxça" braziliyalı futbolçunun transferini açıqladı

21:22 - 28 Yanvar 2025

"Əl-Nəsr"in futbolçusu Anderson Talişkanın "Fənərbaxça"ya transferi rəsmiləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumameyilli yarımmüdafiəçini ictimaiyyətə təqdim edib.

30 yaşlı oyunçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Fənərbaxça"nın təcrübəli futbolçu üçün Səudiyyə Ərəbistanı klubuna ödədiyi təzminatın məbləği açıqlanmayıb.

Qeyd edək ki, Anderson Talişka daha əvvəl Türkiyədə "Beşiktaş"ın formasını geyinib. "Sambaçı" iki mövsümdə "qara qartallar"ın heyətində keçirdiyi 80 rəsmi matçda 37 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti