"Olimpiakos"un müdafiəçisi: "Qarabağ"la bu mərhələyə qədər gəlibsə, deməli, pis komanda deyil"

11:18 - 30 Yanvar 2025

Olimpiakos müdafiəçisi: Bu mərhələdə asan rəqib yoxdur Yunanıstanın “Olimpiakos” klubunun müdafiəçisi Koştinya Avropa Liqasının əsas mərhələsinin 8-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu matç haqda bunları deyib:

"Bizim yüksək motivasiyamız var və bu, işimizi asanlaşdırır. Xüsusilə indiki məqamda, çünki evdə oynayırıq. “Qarabağ”la matçda qalib gəlmək üçün böyük istək və iradəmiz var. Ancaq bu mərhələdə asan rəqib yoxdur. Hər oyun fərqli və çətin olur. Yaxşı oynamasan, qalib gələ bilməyəcəksən. Qələbə qazanmaq üçün ən yaxşı futbolumuzu oynamalıyıq. Əgər “Qarabağ” bu mərhələyə qədər gəlibsə, deməli, pis komanda deyil".

Xəbər xətti