İspaniya millisinin hücumçusu "Qalatasaray"a keçir

21:24 - 30 Yanvar 2025

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Milan"da çıxış edən Alvaro Moratanı transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Qalatasaray" ispan forvard üçün İtaliya klubu ilə danışıqlar aparır. Klublar arasında qarşıdakı saatlarda anlaşma əldə olunması ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan 13 milyon avroya transfer edib. İspaniya millisi ilə Avro-2024-ün qalibi olmuş 32 yaşlı hücumçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.

Xəbər xətti