Qrizmann "Atletiko"nun tarixinə düşdü

15:46 - 30 Yanvar 2025

"Atletiko"nun futbolçusu Antuan Qrizmann rekord göstərici ilə yadda qalıb.

Sportal.az "Squawka" portalına istinadən xəbər verir ki, fransalı Madrid klubundakı unikal göstəricisi tarixə keçib.

Belə ki, Antuan "Atletiko"nun tarixində Çempionlar Liqasında 50 qol vuran ilk futbolçu ünvanına sahib çıxıb.

O, Çempionlar Liqasının 8-ci turunun “Zaltsburq”la görüşündə (1:4) dubl edib. Qrizmannın klubla hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, "Atletiko" Avropa Liqasında 5-ci pilləni tutaraq birbaşa növbəti mərhələyə vəsiqə qazanıb.

Xəbər xətti