"Beşiktaş"In hücumçusu Mustafa Hekimoğlu karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, türk futbolçunun xidmətində maraqlı olan klub "Neftçi"dir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bakı təmsilçisi 17 yaşlı forvardı icarəyə götürmək istəyir. "Neftçi" gənc hücumçunu oynatmaq zəmanəti ilə 1,5 illik heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Mustafa Hekimoğlu "Beşiktaş"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub. Onun İstanbul klubu ilə müqaviləsi 2017-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi