"Qarabağ"ın FKSB ilə oyununu izlədim. Təbii ki, məğlubiyyətə üzüldüm. Düzünü desəm, bütün klublar, xüsusən də böyük klublar keçid dövrü yaşayırlar, pis fazadan keçirlər. Bu, "Qarabağ"ın kifayət qədər yaxşı olmadığı anlamına gəlmir. Onlar bu dönəmi də geridə qoyacaqlar. Çünki illər ərzində "Qarabağ" çox inkişaf edib, çox yaxşı oyunlar keçirib, böyük təcrübə toplayıb".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq hücumçusu Dino Ndolovu deyib.
O, Ağdam klubunun Avropa Liqasındakı uğursuz nəticələrindən bəhs edib. Ndolovunun sözlərinə görə, bu mövsüm Azərbaycan çempionunun avrokuboklarda bəxtinə çox güclü rəqiblər çıxıb:
"Daha əvvəl dediyim kimi, “Qarabağ” Avropa Liqasında güclü komandalarla qarşılaşdı. Hər halda, geridə qalan oyunlar hər iki istiqamətdə də gedə bilərdi. Çünki "Qarabağ" Avropa Liqasındakı oyunlarında yaxşı performans göstərdi. Sadəcə işlər qaydasında getmədi. Yoxsa, onlar oyunlarda yaratdıqları qol şanslarının çoxluğuna görə, həqiqətən iddialı klub olduqlarını göstərdilər. Bəxt daha yaxşısına imkan vermədi. Bu mövsüm şans “Qarabağ”ın tərəfində deyildi. Ümidvaram ki, “Olimpiakos”la görüşdə onlar istəyinə çatacaq və bu mövsüm üçün son görüşdə qalib gələcəklər. “Qarabağ”a uğurlar arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi