"Qəbələ"nin keçmiş legioneri Azərbaycana qayıtmayacaq, Çin klubu ilə anlaşdı - FOTO

14:47 - 26 Yanvar 2025

“Qəbələ”nin sabiq futbolçusu İsnik Alimi Azərbaycana qayıtmayacaq.

Sportal.az xəbər verir ki, şimali makedoniyalıya Azərbaycan klublarından bir neçə təklif olsa da, o, Premyer Liqamıza dönməyib və daha sərfəli təklif olan Çini seçib.

30 yaşlı yarımmüdafiəçi “DL Yinqbo” klub ilə anlaşıb. O, artıq “Sepsi” klubunun düşərgəsini tərk edib. Alimi bu mövsüm Rumıniya klubunun heyətində 17 matçda 4 qol vurub, 2 asist etmişdi.30 yaşlı futbolçu 2021-2023-cü illərdə “Qəbələ”nin formasını geyinmişdi.

Xəbər xətti